Yeniyetmə dərsdə sinif yoldaşlarını boğazından BIÇAQLAYIB
Bu gün, 10:14

Polis əməkdaşları Nijni Novqoroddakı məktəblərin birində sinif yoldaşlarına bıçaqla hücum edən yeniyetməni saxlayıblar.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə çərşənbə axşamı 117 saylı məktəbdə rus dili dərsi zamanı baş verib. Dərsin ortasında 14 yaşlı Maksim V. bel çantasından bıçaq çıxararaq iki sinif yoldaşının boyun nahiyəsindən bıçaqlayıb. Sonra səkkizinci sinif şagirdi yoxa çıxdı. Zərərçəkənlər boyun və qarın nahiyəsindən yaralarla xəstəxanaya yerləşdiriliblər, onların həyatları üçün təhlükə yoxdur.
Yeniyetmə meşə plantasiyasında gizlənməyə çalışıb. Hazırda o, dindirilməyə aparılır. Səkkizinci sinif şagirdini belə amansız hücuma sövq edən səbəblər araşdırılır. İlkin məlumata görə, şagird məktəbdə zorakılığa məruz qaldığı üçün emosiyalarının öhdəsindən gələ bilməyib.
Rusiya İstintaq Komitəsinin region üzrə Baş İstintaq İdarəsinin mətbuat xidməti xəbər verir ki, müstəntiqlər Nijni Novqoroddakı məktəblərin birində yeniyetmənin bıçaqla sinif yoldaşlarına hücumu ilə bağlı cinayət işi açıblar.
İlkin məlumata görə, çərşənbə axşamı məktəblərdən birinin səkkizinci sinif şagirdləri arasında münaqişə baş verib. Şagirdlərdən biri bıçaq çıxararaq iki sinif yoldaşını bıçaqlayıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib və onlara bütün lazımi tibbi yardım göstərilib.
Hücum edən şəxs hazırda saxlanılaraq istintaqa aparılıb. Yaxın vaxtlarda təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçiləcək.
Hadisə yerində müstəntiqlər və kriminalistlər işlərini davam etdirirlər.