Azərbaycanın məşhur iş adamı vəfat etdi

12-03-2025, 12:19           
Azərbaycanın məşhur iş adamı vəfat etdi
Azərbaycanın məşhur iş adamı - "ASPİ GLASS” Şirkətlər Qrupunun prezidenti Adil Yusifov 65 yaşında vəfat edib.

Bu barədə Teleqraf-a mərhumun ailə üzvləri məlumat verib.

Bildirilib ki, son bir ildə iş adamının səhhətində ciddi problemlər olub. O, başında yaranan bədxassəli şiş xəstəliyindən (xərçəng) əziyyət çəkirmiş. A.Yusifov Türkiyədə müalicə olunsa da bunun bir nəticəsi olmayıb. Son zamanlar isə yerimə qabiliyyətini itiribmiş.

Mərhum Bakının Yasamal qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, A.Yusifov 1960-cı ildə Bakıda anadan olub. Uzun illərdir bizneslə məşğul olub. Onun sahibi olduğu "ASPİ GLASS” Məhdud Məsuliyyətli Cəmiyyəti əsasən şüşə qablar istehsal edir. Şirkətin nizamnamə kapitalı 1 milyon 267 min manatdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru