100 avtomobilin iştirakı ilə güclü qəza baş verib

20-03-2025, 15:44           
100 avtomobilin iştirakı ilə güclü qəza baş verib
Arxangelsk vilayətindəki M-8 federal magistral yolunda 100-ə yaxın avtomobil böyük qəza zonasında olub.

32gun.az bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsinin mətbuat xidmətindən məlumat verilib.

“Hazırda M-8 “Xolmogory” federal magistralının 1222-ci kilometrliyində qəza baş verən yerdə nəqliyyatın hərəkəti bağlanıb. Bu ərazidə 100-ə yaxın avtomobil var”, - deyə məlumatda bildirilir.

Departament kütləvi qəza nəticəsində 30-dan çox avtomobilin zədələndiyini bildirib .

Bundan başqa, hadisə nəticəsində iki nəfər xəstəxanaya yerləşdirilib, daha iki nəfərə isə yerindəcə tibbi yardım göstərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru