Rusiyada dindirilməyə çağırılan yeniyetmə özünü öldürdü

22-03-2025, 15:38           
Rusiyada dindirilməyə çağırılan yeniyetmə özünü öldürdü
Kalmıkiyada (Rusiya Federasiyası) başqa bir yetkinlik yaşına çatmayan şəxsin intiharı ilə bağlı cinayət işinə görə sorğu-sual üçün dindirilməyə çağırılan yeniyetmə ölü tapılıb.

Oxu.Az-ın "zona.media"ya istinadən bildirdiyinə görə, bu barədə respublikanın uşaq hüquqları üzrə müvəkkili Natalya Çujayeva məlumat yayıb.

Ombudsmanın sözlərinə görə, o, 16 martda evdən çıxıb və Sadovoye kəndindəki "faciəli hadisə" ilə bağlı ifadə vermək üçün çağırıldıqdan sonra istintaqdan gizlənib.

Qeyd edək ki, Sadovoye kəndində 10 martda 14 yaşlı Artyom ölü tapılıb. Hadisədən sonra onun anası və əmisi qızı videomüraciət yazaraq burada yeniyetmənin "təhqir, təqib, döyülmə ilə intihara sövq edildiyini" və bunun kameraya çəkildiyini söyləyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru