ABŞ-də restoranda sifariş etdiyi içkidən ilan çıxdı

29-04-2025, 15:36           
ABŞ-də restoranda sifariş etdiyi içkidən ilan çıxdı
ABŞ-nin Virciniya ştatının sakini Karletta Endryus Meksika restoranında sifariş etdiyi kokteyldə ilan balası aşkar edib.

"People" xəbər verir ki, hadisə Virciniyanın Sendston şəhərində yerləşən "Patron Mexican Restaurant and Cantina" adlı məkanda baş verib.

Endryusun sözlərinə görə, ilan hərəkət edib və hətta içki qabındakı saman çöpünün ətrafına dolanıb.

Restoran işçiləri sürünəni çubuqla çıxarmağa cəhd etsələr də, buna nail ola bilməyiblər.

Obyektin rəhbərliyi Endryusa başqa masaya keçməyi təklif etsə də, qadın qorxduğuna görə restoranı tərk edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru