İrəvanda İran vətəndaşını başından güllələdilər

Bu gün, 12:39           
İrəvanda İran vətəndaşını başından güllələdilər
İrəvanda İran vətəndaşı başından güllə yarası alıb.

Publika.az “Shamshyan.com”a istinadən xəbər verir ki, hadisə aprelin 14-də baş verib. Polisə Pavstos Buzanda küçəsində kiminsə vətəndaşa atəş açması barədə məlumat daxil olub.

Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları İran İslam Respublikası vətəndaşı, 21 yaşlı Maykl Puladiyə başından güllə yarası diaqnozu qoyub və onu Heratsi 1 saylı Tibb Mərkəzinə çatdırıblar. Vəziyyəti ağır qiymətləndirilir.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində məlum olub ki, hadisənin digər iştirakçısı 28 yaşlı Qor M. də bədən xəsarətləri alıb. Həmin gün o, ibtidai istintaq orqanlarının qarşısına çıxıb.

Polis hadisənin digər hallarının aydınlaşdırılması və cinayəti törədən şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görür.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.