Bu təyyarə Bakıya MƏCBURİ ENİŞ ETDİ

28-05-2025, 00:12           
Bu təyyarə Bakıya MƏCBURİ ENİŞ ETDİ
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib.
İstanbul–Tbilisi marşrutu üzrə hərəkət edən “Turkish Airlines” aviaşirkətinə məxsus Boeing 737 tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib. Buna səbəb Gürcüstanın təyinat hava limanında havanın əlverişsiz olmasıdır.
Ajans.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.

Təyyarə yerli vaxtla saat 21:06-da Bakı hava limanına uğurla eniş edib.

Sərnişinlər uçuşla bağlı daha ətraflı məlumatı “Turkish Airlines” aviaşirkətinin nümayəndələrindən əldə edə bilərlər.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu regionun aparıcı aviasiya qovşağı kimi fövqəladə hallarda operativ cavab tədbirlərini dərhal həyata keçirərək, bütün zəruri texniki və logistik dəstəyi təmin edir. Aeroport, beynəlxalq standartlara əsasən, sərnişinlərin və uçuşların təhlükəsizliyini öz fəaliyyətinin mütləq prioriteti kimi müəyyənləşdirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru