Hinistanda torpaq sürüşməsi can aldı

3-06-2025, 11:14           
Hinistanda torpaq sürüşməsi can aldı
Hindistanda torpaq sürüşməsi nəticəsində 3 hərbçi həlak olub, 6 nəfər itkin düşüb.
Hindistanın şimal-şərqində yerləşən Sıkkım bölgəsində torpaq sürüşməsi nəticəsində azı üç hərbçi həlak olub, daha altı nəfər itkin düşüb.
Bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, təbii fəlakət nəticəsində hərbçilərin yerləşdiyi düşərgə dağılıb.

Qeyd edilir ki, dağıntılar altından dörd hərbçi xilas edilib.

İtkin düşənlərin axtarışı davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru