Hindistan aeroportunda DƏHŞƏTLİ anlar - Sərnişinin çamadanından 47 zəhərli ilan çıxdı

3-06-2025, 17:17           
Hindistan aeroportunda DƏHŞƏTLİ anlar - Sərnişinin çamadanından 47 zəhərli ilan çıxdı
Hindistanın Mumbay şəhərinin hava limanında baqajında onlarla zəhərli ilan daşıyan kişi saxlanılıb.

Oxu.Az "Deccan Herald" nəşrinə istinadla xəbər verir ki, adı açıqlanmayan şəxs Hindistan aeroportuna Tailanddan gəlib.

Gömrükdə baxış zamanı onun çamadanında 47 zəhərli ilan aşkarlanıb.

Bundan başqa, həmin şəxs təyyarədə Asiya tısbağası da daşıyıb. İlanlardan biri uçuş zamanı tələf olub.

Hindistan gömrükçüləri heyvanların qanunsuz daşınması ilə bağlı cinayət işi qaldırıblar.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru