8 yaşlı qızı zorladıqdan sonra öldürməklə hədələyib - Azərbaycanda DƏHŞƏT

3-06-2025, 17:21           
8 yaşlı qızı zorladıqdan sonra öldürməklə hədələyib - Azərbaycanda DƏHŞƏT
8 yaşlı qızın köməksiz vəziyyətindən istifadə etməklə ona qarşı zor tətbiq edib, onunla təbii yolla cinsi əlaqədə olaraq zorlayan şəxs həbs edilib. 20 yaşlı şəxs bunlar azmış kimi qızı öldürməklə də hədələyib.

Musavat.com-un xəbərinə görə, hadisə Azərbaycanda bölgələrdən birində baş verib.

Təqsirləndirilən 20 yaşlı Sahib (ad şərtidir) əsgər yoldaşı üçün təşkil edilən məclisdə iştirak edən zaman 8 yaşlı qızı orada görüb.

Qızı evdən gödəkçəni gətirmək adı ilə aldadaraq məclisdən kənara çıxararaq yaxınlıqdakı kanal tərəfə aparıb. Azyaşlı qızı qorxudaraq onunla zorla cinsi əlaqədə olub. İyrənc əməlini başa vurduqdan sonra azyaşlını kanala atacağı ilə qorxudub. Uşaqdan baş verənləri ailə üzvlərinə danışmamasını tələb edib.

Bu əməllərinə görə Sahib 10 il müddətinə azadlıqdan məhrum edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru