Qayınana gəlinlərinin qızıllarını götürüb 30 yaşlı sevgilisi ilə qaçdı

4-06-2025, 08:14           
Qayınana gəlinlərinin qızıllarını götürüb 30 yaşlı sevgilisi ilə qaçdı
Hindistanda qohumları ailəsini atıb 30 yaşlı sevgilisi ilə qaçan yaşlı qadına qarşı şikayət edib.

TEREF xəbər verir ki, hadisə Uttar Pradeş ştatının Lalitpur rayonunda baş verib. Bir kişi polisə yaxınlaşaraq arvadının özündən xeyli gənc sevgilisi ilə münasibətdə olduğunu və hər ikisinin bir müddət əvvəl yoxa çıxdığını bildirib. Üstəlik, hindistanlı qadının qaçmazdan əvvəl dörd oğlunun arvadlarından qızıl-zinət əşyaları oğurladığı məlum olub.

Qaçan qadının gəlinləri və əri onun barəsində polisə şikayət etsələr də, heç bir tədbir görülmədiyini bildiriblər. Daha sonra onlar baş nazir Yoqi Adityanath və polis rəisinə üz tutublar. Qadının əri arvadının onların ailəsini məhv etdiyini deyib və həmçinin səlahiyyətlilərdən onun tapılmasını istəyib./Lent.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru