Məşhur iş adamını şir parçaladı - FOTO

4-06-2025, 09:34           
Məşhur iş adamını şir parçaladı - FOTO
Namibiyada səhra aslanlarını dəstəkləmək üçün bir çox işlərə qatılan və külli miqdarda pul xərcləməsi ilə tanınan iş adamı Bernd Kebbel aslanın hücumuna məruz qalaraq həyatını itirib.

Sfera.az bildirir ki, alman iş adamı Bernd Kebbelin təbiətlə bağlı bir çox araşdırmada adı ön sıralarda çəkilirdi.
Hadisə Namibiyanın şimal-qərbindəki Kunene bölgəsində baş verib. Dostları ilə ərazidə düşərgə salan Bernd Kebbel tualetə getmək üçün gecə gec saatlarda çadırını tərk edib. Çadırdan çıxarkən aslanın alman iş adamını öldürüb
Turizm Nazirliyi və polisin hadisə yerindən topladığı məlumata görə, Kebbelin boyun nahiyəsindən aldığı dişləmə yarası onun ölümünə səbəb olub.

Hadisə şahidlərinin ifadəsinə görə, şir Kebbelin boynundan dişləyərək ona ağır xəsarətlər yetirib. Hadisə yerinə yaxın olan şəxslər müdaxilə etməyə çalışsalar da, buna nail ola bilməyiblər. Kebbel aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru