Bakıda restoranın qarşısında kütləvi dava: Xəsarət alanlar və həbs olunan var - TƏFƏRRÜAT

6-06-2025, 10:39           
Bakıda restoranın qarşısında kütləvi dava:
Bakının Xətai rayonunda restoranlardan birinin qarşısında dava olub.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə General Şıxlınski küçəsində "Şahbuz" restoranının qarşısında baş verib.

Həmin ərazidə bir neçə nəfərin mübahisə etməsi, dalaşması barədə Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinə məlumat daxil olub.

Hadisə yerinə gələn əməliyyat qrupu onları polis bölməsinə dəvət edib. Araşdırma zamanı məlum olub ki, həmin şəxslər sərxoş vəziyyətdə bir-biri ilə mübahisə ediblər. Onların bəzilərinin bədənində xəsarət aşkar edilib.

Həmin şəxslərin 1988-ci il təvəllüdlü Cəmil, 2002-ci il təvəllüdlü Cəlal, 1997-ci il təvəllüdlü Vüqar, 2001-ci il təvəllüdlü Abbas, 2002-ci il təvəllüdlü Nadir, 1988-ci il təvəllüdlü Bahadur, 1985-ci il təvəllüdlü Namiq olduqları aşkarlanıb.

Onlardan biri 2002-ci il təvəllüdlü Nadir İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə ittiham elan edilib.

Xətai Rayon Məhkəməsinin qərarı ilə o, 8 gün müddətinə inzibati qaydada həbs edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru