Cəlilabadda balıqlar kütləvi şəkildə tələf oldu

Bu gün, 12:08           
Cəlilabadda balıqlar kütləvi şəkildə tələf oldu
Cəlilabadda göldə əsasən Daban və Çapaq balıq növlərinin tələf olduğu müəyyən edilib.
Hurriyyet.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Xanəgah kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Həmdulla Əliyev şifahi olaraq bildirib ki, adı çəkilən Pərdi kəndində su bəndi əslində süni göldür və ora heç yerdən su gəlmir:
"İki il bundan əvvəl hər şey qaydasında idi. Yağışlar yağırdı göldə su olurdu və belə problemlər üzə çıxmırdı. Bu il quraqlıq olması ilə əlaqədar süni göl quruyub və balıqlar hava çatışmamazlıqdan məhv olub. Hazırda hadisənin səbəbləri ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır".
Kənd Təsərrüfatı Nazirliyindən isə bildirildi ki, ilkin araşdirmalar zamanı, tələf olan, əsasən Daban balığı (Carassius carassius) və Çapaq (Rutilus rutilus) növlərinin olduğu müəyyən edilib. Hadisənin səbəblərini dəqiqləşdirmək məqsədilə göldən su nümunələri götürülüb, eləcə də ölmüş balıqlara pataloji yarma əməliyyatları aparılıb:
"Nümunələrin götürülməsi zamanı göldə suyun temperaturu 34°C olub. İlkin ehtimallara görə, balıqların kütləvi tələf olmasına səbəb kimi havaların kəskin istiləşməsi fonunda su hövzəsində oksigen çatışmazlığı göstərilir. Bu cür vəziyyətlər dayaz və durğun sularda balıqlar üçün təhlükə yaradır".
Araşdırmalar davam etdirilir, laborator nəticələr gözlənilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru