İş adamı Karapetyanın iddiası üzrə deputatın hesablarına həbs qoyulub

Bu gün, 12:12           
İş adamı Karapetyanın iddiası üzrə deputatın hesablarına həbs qoyulub
Ermənistanda məhkəmə "Vətəndaş müqaviləsi" partiyasından olan deputat Arsen Torosyanın bank hesablarına "Taşir" şirkətlər qrupunun həbs edilmiş sahibi Samvel Karapetyanın iddiası əsasında həbs qoyub.

"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Cavab olaraq deputat məhkəmənin qərarını əsassız və siyasi motivli hesab etdiyini bildirib. O, həbsin ləğvi üçün vəsatət verib.

"Mən əmlakımı satıb Ermənistandan qaçmaq niyyətində deyiləm, xüsusilə də Samodan (Samvel - red.) qorxaraq", - A.Torosyan sosial şəbəkələrdə yazıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru