Kremlin böyük düşməninin milyonları qaytarıldı

8-12-2016, 09:39           

Dublin məhkəməsi “Yukos” şirkətinin eks-rəhbəri Mixail Xodorkovskinin 100 milyon avroluq hesabının üzərindən həbs qərarını götürüb.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Beynəlxalq Hüquq Müdafiəsi Mərkəzinin Baş direktoru Andrey Kondakov söyləyib.

Qeyd edək ki, Xodorkovskinin hesabı İrlandiyanın İqtisad Cinayətləri Araşdırma Bürosunun tələbi ilə dondurulub. O zaman “Yukos”un keçmiş rəhbəri çirkli pulların yuyulmasında ittiham edilirdi.

Xodorkovski Rusiya hakimiyyətinin əsas əleyhdarlarından hesab edilir. Hazırda Avropada yaşayan Xodorkovski bəzi ekspertlər tərəfindən Rusiyanın növbəti lideri kimi təqdim edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru