Azərbaycanda ailə faciəsi: Qaçırılan qızdan imtina etdilər

8-12-2016, 14:45           
Azərbaycanda ailə faciəsi: Qaçırılan qızdan imtina etdilər
İmişlidə ailəsi qaçırılan qızdan imtina edib.

Rayonun kəndlərindən birində qıza elçi gələnlər rədd cavabı aldıqdan sonra bu yola əl atıblar. Əslən İmişlidən olan jurnalist Nadir Qocabəyli bu barədə sosial şəbəkədə yazıb:

“İndicə dəhşətli bir hadisə eşitdim. Rayonumuzdakı kəndlərdən birində qıza elçi gedib, rədd cavabı aldıqdan sonra avtomobildə olan şəxslər qızı kəndin ortasından götürüb qaçıblar. İki gün sonra qız telefon əldə edərək atasına zəng vurub və deyib ki, məni zorla qaçırıblar. Ancaq hələ toxunmayıblar, gəl, məni apar. Ata getməzdən qabaq öz atasıyla, yəni, qızın babasıyla məsləhətləşib. Baba buna razı olmayıb, deyib ki, o qızı qaytarıb gətirsən, heç kəs almayacaq. Qız məcburən o adama ərə getməli olub. Onu da qeyd edim ki, qızın babası hazırda orta məktəb müəllimidir”.(olke.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru