Fuitzal yarışında faciə - Gömrük işçisi meydanda öldü - VİDEO

9-12-2016, 18:46           
Fuitzal yarışında faciə - Gömrük işçisi meydanda öldü - VİDEO
Mingəçevirdə keçirilən futbol oyununda ölüm hadisəsi baş verib.

teref.az ARB TV-na istinadən xəbər verir ki, Mingəçevir Türk Olimpiya mərkəzində Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumlar arasında futzal yarışı start götürüb.

Yarış Dövlət Gömrük Komitəsinin yaranmasının 25 illiyinə həsr olunub. Dünən start götürən yarışın növbəti günü Mingəçevirdə “Gəncə Gömrük” komandası “Bakı Terminal Gömrük xidməti”nin komandası ilə qarşılaşıb. Oyunun ikinci hissəsinin əvvəlində Gəncə komandasının üzvü Şəhriyar Əliyev qəflətən huşunu itirərək yerə yıxılıb.

Həkimlərin ilkin tibbi yardımına baxmayaraq, Şəhriyar Əliyev dünyasını dəyişib.

Nəticədə oyun təxirə salınıb.

4 gün davam edəcək turnirdə 16 komanda 4 yarımqrupda mübarizə aparır.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.