`Onlar Eldar Mahmudovun agentləri olub` - Baş direktor

10-12-2016, 16:02           
`Onlar Eldar Mahmudovun agentləri olub` - Baş direktor
“Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində həbs olunanlar “reket jurnalist” yox, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun bandasının üzvlərdir”.

AzVision.az-ın məlumatına görə, bu fikirləri “Azərbaycan” Nəşriyyatının baş direktoru Ağabəy Əsgərov jurnalistlərə açıqlamasında deyib.

A.Əsgərov vurğulayıb ki, hazırda Azərbaycan Nəşriyyatında “reket jurnalist” yoxdur: “Mətbuat Şurasının siyahısında olan “rekert jurnalist”lərin hər birini mən oradan çıxarmışam. DTX-nın əməliyyatları nəticəsində həbs olunanları “rekert jurnalist” adlandırmaq olmaz. “Rekert jurnalist” onlar hesab olunur ki, adları Mətbuat Şurasının “qara siyahısı”nda olsun. Həbs olunanlar keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun bandasının üzvlərdir. Onlar faktiki olaraq Eldar Mahmudovun agentləri olub.


Nəşriyyatın baş direktoru qeyd edib ki, DTX-nın əməliyyatları nəticəsində həbs olunan “rekert jurnalist”lərin əməllərindən xəbərsiz olub: “Mənim haradan xəbərim olacaqdı? Bu hüquq-mühafizə orqanlarının işidir”.

A.Əsgərov bildirib ki, Mətbuat Şurasının “qara siyahı”sına düşəcək “rekert jurnalist”ləri dərhal nəşriyyatdan uzaqlaşdıracaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru