Sabiq millət vəkilinin 18 yaşlı nəvəsi intihar etdi

10-12-2016, 16:43           
Sabiq millət vəkilinin 18 yaşlı nəvəsi intihar etdi
Türkiyədə intihar faktı qeydə alınıb.

Türkiyənin sabiq millət vəkili Arif Ağaoğlunun nəvəsi Dila İ.intihar edib.
O, dərman içərək canına qəsd edib. Qızın cəsədi ötən gün torpağa tapşırılıb.
İstanbul Bahçeşehir Universitetinin 1-ci kurs tələbəsi Dila dərsdən çıxdıqdan sonra evə gəlib. O, birlikdə qaldığı rəfiqələrinə yorğun olduğunu söyləyib. Uzun müddət keçməsinə rəğmən qızın otaqdan çıxmadığını görən yoldaşları onun otağına giriblər. Dilanın hərəkət etmədiyini görən qızlar həkimə xəbər veriblər. Evə gələn həkimlər Dilanın həyatını itirdiyini söyləyiblər. Məlum olub ki, Dila dərman içərək canına qıyıb.
Qeyd edək ki, Dilanın intihar səbəbi barədə məlumat verilmir. //milli.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru