Yolun ortasını dayanacağa çevirib pul yığırlar - Video

10-12-2016, 23:59           

Yolun ortasında dayanacaq fəaliyyət göstərir. Burda avtomobil saxlayan sürücülərdən pul alınır. Halbuki ərazidə nə parkomat qoyulub, nə də ki, dayanacağın olduğunu göstərən nişan.

Söhbət paytaxtın Nərimanov rayonu, Keşlə bazarının qarşısındakı dairədən gedir.

Burada avtomobili saxlayan sürücülərdən parklanma adı ilə Bakı şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin nəzarətçiləri qanunsuz pul alırlar.

Sürücülərin sözlərinə görə, bəzi hallarda pul verməmək üstündə mübahisələr də yaşanır. Hətta pul verib dairədə avtomobili park etdikdən sonra yol polisi həmin ərazidən avtomobili evakuator vasitəsilə cərimə meydançasına da aparır.

Nəzarətçilər isə bu ərazidə parklanmaya görə pul almalarını təkzib edirlər.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi idarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, bununla bağlı sürücülər yol polisinə müraciət etdikdən sonra əraziyə baxış keçiriləcək və qanunvericiliyə uyğun tədbirlər görüləcək.

teref.az Xəzər Xəbər-ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.