Axşam saatlarında “qara bazar” dolları qaldırıb

12-12-2016, 00:13           
Axşam saatlarında “qara bazar” dolları qaldırıb
Axşam saatlarında Bakıda bəzi ərazilərdəki “qara bazar”da dolların bir qədər də qalxdığı bildirilir.

“Marja”nın daimi oxucusunun verdiyi məlumata görə, “qara bazar”da dolların alış qiyməti 1.83 manata, satış qiyməti isə 1.8450 manata qalxıb.

Bundan əvvəl “qara bazar”da dolları 1.82 manata satmaq, 1.83 – 1.8350 manata almaq olurdu.


Dolların bahalaşması “qara bazara” qarşı aparılan mübarizə ilə bağlı ola bilər. Hökumət “qara bazara” dollar ötürən bankirləri aşkar etmək üçün hərəkətə keçib. Bu da bankların işləmədiyi gündə qanunsuz bazara verilən dolları azaldıb. Dolların az məbləğlərdə də olsa banklarda satılmasına nail olmağa çalışılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru