Rusiya daha bir peyk itirdi!

17-12-2016, 10:07           
Rusiya daha bir peyk itirdi!
«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, «QLONASS» kosmik qruplaşması peyklərindən biri sıradan çıxıb. Xəbəri raket-kosmik sferasındakı mənbəyə istinadla «İnterfaks» agentliyi yayıb.

«737 nömrəli peyk sıradan çıxıb. Onun əvəzində ehtiyatdakı 723 nömrəli aparat orbitə çıxarılıb» – deyə, mənbə bildirib.

Bu arada, «QLONASS» sistemini idarəetmə Mərkəzinin verdiyi məlumata görə, «Qlonass-M № 737» kosmik aparatı dekabrın15-də, Moskva vaxtı ilə saat 00:00-dan «sistemin baş konstruktoru tərəfindən tədqiq olunur».

Öz növbəsində, «Qlonass-M № 723» peyki orbital ehtiyatdan çıxarılıb və dekabrın 15, saat 00:00-dan orbital qruplaşmanın tərkibinə daxil olmaq mərhələsindədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru