MÜƏMMA: Bakıda bir nəfər soyuqdan ölüb?- “Rəhbərlik bizə qəti tapşırıq verib ki…”- FOTO

18-12-2016, 01:13           

Dünən gecə “Koroğlu” metrostansiyası yaxınlığında ölüm hadisəsinin baş verdiyi barədə məlumat yayılıb. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, səfil həyatı sürən yaşlı kişi soyuqdan ölüb.
MÜƏMMA: Bakıda bir nəfər soyuqdan ölüb?- “Rəhbərlik bizə qəti  tapşırıq verib ki…”- FOTO
Məlumatı dəqiqləşdirmək üçün Cebhe.info əməkdaşı Sabunçu rayon Polis Şöbəsinin növbətçi hissəsi ilə əlaqə saxlayıb. Növbətçi hissədən əvvəlcə hadisədən məlumatsız olduqları, daha sonra isə məlumat vermək səlahiyyətlərinin olmadığı bildirilib: “Bu barədə bizə heç bir məlumat daxil olmayıb. Bizim məlumat verməyə də ixtiyarımız yoxdur. Rəhbərlik bizə qəti şəkildə tapşırıq verib ki, məlumat verməyək. Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayın. Amma ümumiyyətlə, nə nəqliyyat hadisəsi, nə bıçaqlaşma, nə dava, nə ölüm olub”.

Qeyd edək ki, sosial şəbəkələrdə soyuqdan ölən şəxsin fotoları da yayılıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru