Yeni nəsil "Mercedes"lər satışa çıxarılacaq

18-12-2016, 19:33           

2017-ci ilin yanvarında Detroyt avtosalonunda yeni Mercedes-Benz E-Class kupesinin dünya premyerası baş tutacaq. Kupenin qabarit uzunluğunu 4826 mm, eni isə 1860 mm, hündürlüyü isə 1430 mm təşkil edir. Təkər bazasının ölçüsü 2873 mm-dir. Avtomobilin eksteryeri E-Class yeni nəsil sedanının stilistikası əsasındadır, interyer isə sedandan götürülüb. Top variantlar üçün 2 ədəd 12,3 düymlük displey təqdim edilir. Onlardan biri rəqəmsal alət panelidir, digəri isə məlumat-əyləncə kompleksi ekranıdır.

Təqdim olunan təchiazat siyahısına 210 km/saat sürətə qədər çalışan adaptiv kruiz kontrol, smartfonla məsafədən idarə imkanı ilə avtomatik parkinq sistemi, eləcə də 84 LED-elementlərlə Multibeam baş işıq "ağıllı" fənərləri daxildir. 184 (E200 versiyası), 254 (E300) at gücü ilə ikilitrlik benzin "turbo-dördlüyü", eləcə də, ikilitrlik 194 at güclü dizel mühərriki təqdim edilir. Bundan əlavə, yenilik üçlitrlik 333 at güclü (E400 4 Matic) V6 tvin-turbo aqreqatı təklif ediləcək.

Yeni avtomobilin Avropa və Şimali Amerika satışları 2017-ci ilin yayında start götürəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru