Bakıda avtomobil partladı - FOTO

19-12-2016, 10:23           

Bakının Yasamal rayonunda minik avtomobili yanıb.
teref.az xəbər verir ki, hadisə dekabrın 18-də saat 23:30 radələrində rayonun Abbas Mirzə Şərifzadə küçəsində baş verib.
99 BJ 481 dövlət nömrə nişanlı "Mercedes A Class" markalı minik avotmobili hərəkətdə olarkən anidən yanmağa başlayıb.
Hadisə şahidlərinin dediyinə görə, yanğın baş verdikdən sonra maşında partlayış səsləri eşidilib.
Qəza yerinə dərhal yanğınsöndürmə və təcili təbbi yardım briqadası cəlb olunub. Avtomobil qısa zaman ərzində söndürülüb. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.
Faktla bağlı araşdırma aparılır. (ann.az)

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru