16 yaşlı oğlanın namus qisası; anasını yatdığı yerdə güllələdi VİDEO/FOTO

20-12-2016, 10:16           
16 yaşlı oğlanın namus qisası; anasını yatdığı yerdə güllələdi  VİDEO/FOTO
“Dostları nəvəmə deyiblər ki, anan fahişədir, dözə bilməyib”...

Dekabrın 18-dən 19-a keçən gecə Zabrat-2 qəsəbəsi, Oktyabr küçəsi 52 ünvanında oğul anasını qətlə yetirib. Füzuli rayonundan olan məcburi köçkün olan ailənin üzvü, 16 yaşlı Maarif Əliyev ov tüfəngi ilə anası, 1978-ci il təvəllüdlü Mədinə Qurbanovanı divanda yatarkən başından güllələyib. Hadisənin namus üstündə törədildiyi iddia edilir.

“Yeni Müsavat” qəzetinin əməkdaşı hadisə baş verən ünvana gedib, qətlin təfərrüatını öyrənib.

Qətl hadisəsindən bir gün keçsə də, mərhum Mədinə Qurbanovanın qan izləri hələ də otaqdan təmizlənməmişdi. Qan ləkələri tavana və divarlara da yayılmışdı. Hadisənin şokundan ayılmayan ailə üzvlərinin qohumlarının evinə getdiklərini öyrəndik. Evdə yalnız qətlə yetirilən Mədinə Əliyevanın qayınatası Maarif Əliyev var idi. O, qətlin namus üstündə törədildiyini təsdiqlədi.

Maarif Əliyev hadisə barədə bunları danışdı: “Öldürülən Mədinə Qurbanova mənim gəlinimdir. Rəhmətlik mənim qulluğumu çəkib. Mənə qarşı heç vaxt pis olmayıb. Ancaq kiminləsə görüşürmüş, bunu isə nəvəmin tanışları bilirmiş. Ona anasının pozğun olduğunu deyiblər. Nəvəm də bu səbəbdən anasını güllələdi.

Maarif Əliyevin sözlərinə görə, oğlu il gəlini arasında problem olub: “Oğlum əyyaşdır. Bu səbəbdən də tez-tez mübahisələri olurdu. Bu zaman gəlin oğlumdan boşanmaq üçün onu məhkəməyə verdi, məhkəmə isə barışmaq üçün 3 ay vaxtı verdi. Bu müddət ərzində bir evdə dolanmadılar”.


Mərhumun qayınatası iddia edir ki, Mədinə Quliyevanın 16 yaşlı oğlu onun başqası ilə görüşdüyünü internet yazışmalarından oxuyub. Gəlin 6 ay imiş ki, Sabunçuda, atası evində yaşayırmış. Oğlan bu barədə atasına və babasına xəbər verib. Deyib ki, anasının bu əməllərinə görə camaat içinə çıxa bilmir: “Nəvəmin dostlarının da anası ilə bağlı xəbərləri var imiş. Bu səbəbdən hətta dostunun atası uşağına mənim nəvəm Maarifdən uzaq durmağı tapşırıb, nəvəmə ”ailəniz pozğundur" deyib. Bu hadisədən qabaq da oğlan internetdə anasının başqa biri ilə görüşdüyünə aid şəkilləri tapıb. Sinif yoldaşları, dostları da oğlana anasının fahişə olduğunu deyiblər. Uşağı başdan çıxarıblar. Evə gələndə bu barədə bizə də danışdı. Başa saldıq ki, heç nə lazım deyil, öz ailəsi bilər... Birtəhər ört-basdır edə bildik".

M.Əliyev deyir ki, sonuncu dəfə Mədinə ayaqyolunda telefonla danışarkən başqa kiməsə “mən də səni sevirəm” deyib. Oğlu bunu eşidib və çox əsəbiləşib: “Gecə yatmaq vaxtı gələndə Mədinə divanda uzanıb, uşağı (nəvəsini) də yanına qoyub. Sən demə bu zaman oğlan anasının yatmağını gözləyirmiş. Gecə mənim ov tüfəngimi sakitcə götürüb, necə vurubsa eşitməmişik. Tüfəngi başına dirədikdən sonra atəş açıb. Yaxından atəş açdığı üçün tüfəngin səsi eşidilməyib. Evdə onlardan başqa mən və iki qız nəvəm olmuşuq. 18 yaşında olan qız nəvəm də səs eşitməyib. Səhər yuxudan ayılanda gördük ki, Mədinə ölüb, yer qan içindədir. Tüfəngin yaxından açılması nəticəsində Mədinənin beyni, baş sümükləri ətrafa səpələnmişdi. Ekspertiza zamanı həmin sümükləri çətinliklə yığdılar”.
Hadisə ilə bağlı qonşuların da fikirlərin aldıq. Onlar qətl zamanı açılan atəşin səsini eşitdiklərini bildirdilər. Adının çəkilməsini istəməyən bir qonşu isə ailənin qalmaqallı bir ailə olduğunun dedi: “Ailədə daim mübahisələr yaşanırdı, bunu hamı bilirdi. Gecə saatlarında partlayış səsinə bənzər səs eşitdik. Ancaq bunun tüfəng olduğu ağlımıza gəlməzdi. Hesab etdi ki, haradasa elektrik xətlərində qısaqapanma baş verdi. Səhər açılanda Maarifin anasını öldürdüyünü öyrəndik”.

Qeyd edək ki, qətl hadisəsindən sonra M.Əliyev babasına məxsus ov tüfəngini polisə apararaq, könüllü təslim olub. O, qətli namus üstündə etdiyini deyib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.