Bakıda tanınmış təşkilatçını döyən polis rəisinin oğlu olub

20-12-2016, 21:35           

Xəbər verdiyimiz kimi, tanınmış təşkilatçı-prodüser Samir Xəttab polis zabiti tərəfindən döyülüb.

Təşkilatçı başına gələnlərlə bağlı daxili işlər naziri Ramil Usubov və Baş prokuror Zakir Qaralova açıq müraciət ünvanlayıb.

Konsert təşkilatçısı kimi 10 ildən çoxdur fəaliyyət göstərdiyini xatırladan S.Xəttab məktubda qeyd edir ki, polis zabiti kapitan Fərman Quliyev iş əsnasında ona 5200 manat verməli olsa da, bundan boyun qaçırır: ''Fərman hər gün bu gün ödəyəcəm deyib ödəniş etmirdi. Son dəfə 4 dekabr 2016 tarixində gorüş təyin edib məni Qələbə dairəsi yanına dəvət etdi. Söhbət əsnasında anladım ki, Fərman spritli içki içib. Fərman artıq təhqir və küçə söyüşləri ilə məni təhqir etməyə başladı və əl-qol ataraq vurmaq istədi.

Məsələylə bağlı yeni məlumat daxil olub. Məlum olub ki, prodüseri döyən şəxs Fərman Quliyev Gədəbəy rayon polis şöbəsinin rəisi Məhərrəm Quliyevin oğludur. Məhz bu səbəbdən də istintaq işinin obyektiv aparılmasının qarşısı alınır.

Ancaq təşkilatçı daxili işlər orqanlarının işi ədalətli yekunlaşdıracağını inandığını da deyib: 'Cənab nazir, sizdən xahiş edirəm ki, Azərbaycan polisi adına layiq olmayan, dövlətin onlara verdiyi qandalı soyuq silah kimi istifadə edib küçə ortasında vətəndaşı döyən şəxsi cəzalandırasınız. Bir polis bunu düşünməlidir ki, kənardan bunu görənlər var və mətbuatda mənim haqda bu yazılar çıxanda bunu məni tanıyan xarici dövlət vətəndaşları, sənətçiləri də görəcək. Şərəfli polis adına xələl gətirməyi belə özünə rəva bilir. Sizə etimadım sonsuzdur və ədalətli qərar qəbul edəcəyinizə əminəm''/azxeber












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.