Sabunçuda kütləvi dava - iki nəfər bıçaqlanıb

21-12-2016, 11:24           
Sabunçuda kütləvi dava - iki nəfər bıçaqlanıb
Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov küçəsində kütləvi dava baş verib. İnsident nəticəsində bıçaq xəsarətləri alan iki nəfəri - 19 yaşlı Fərid Quliyevi yaxınları, onun həmyaşıdı Zeynalzadə Vüqar Vaqif oğlunu isə təcili yardım maşını 3 nomrəli xəstəxanaya gətirib.

SalamNews-a verilən məlumata görə, hər iki yaralı əməliyyat olunub və sonra reanimasiya şöbəsinə yerləşdiriliblər. Həkimlər səyi nəticəsində yaralıların həyatı xilas edilib. Nazim İsmayılov küçəsi ev 19-da yaşayan Vüqar Zeynalzadənin vəziyyəti isə ağır olaraq qalır.

Füzuli rayonundan məcburi köçkün olan V.Zeynalzadənin anası Almaz Zeynalzadənin sözlərinə görə, oğlu axşam saat 5-də evdən çıxıb və saat 10-da xəstəxanadan zəng edərək oğlunun bıçaqlandığı barədə məlumat veriblər. A.Zeynalzadə bildirib ki, digər yaralanan Fərid Quliyevin onun oğlu Vüqar Zeynalzadə ilə dostluq münasibətləri var və gənclər bəzən görüşürlərmiş.

Hadisə barədə xəstəxanadan polisə məlumat verilib. Yaralıların vəziyyəti ağır olduğundan onların ifadəsini almaq mümkün olmayıb. Hadisənin kim tərəfindən törədilməsinə gəldikdə isə Bəhruz adlı şəxs şübhəli şəxs qismində saxlanılıb. Onun ilkin izahatı alınıb.

Faktla əlaqədar Sabunçu Rayon Polis İdarəsində cinayət məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.