Dillər Universitetinə yeni rektor əvəzi təyin olundu

22-12-2016, 09:44           
Dillər Universitetinə yeni rektor əvəzi təyin olundu
Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun imzaladığı əmrə əsasən Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsinin icrasının həmin universitetin Elmi işlər üzrə prorektoru Dünyamin Yunusova həvalə edilməsi barədə Təhsil Nazirliyinin əmri qüvvədən düşmüş hesab olunub.

Bu barədə ADU-nun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ADU-nun rektoru vəzifəsinin icrası universitetin Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayevə həvalə edilib. Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev universitetin Rektoryanı Şurasının iclasında Ə.Abdullayevi kollektivə təqdim edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru