Milli Qvardiyanın 25 illik yubileyinə HÖRMƏTSİZLİK...

26-12-2016, 00:30           
Milli Qvardiyanın 25 illik yubileyinə HÖRMƏTSİZLİK...
Bu gün Milli Qvardiyanın yaradılmasının 25 – ci ildönümdür. Maraqlıdır ki, belə bir əlamətdar təqvim günündə nə mediada, nə telekanallarda bu barədə heç bir xəbər getmədi, eyni zamanda rəsmi dövlət tədbiri gerçəkləşdirilməsi də lazım bilinmədi. Bu isə çox böyük şərəfli və məşəqqətli yol keçmiş bir qurumun indiki və keçmiş əməkdaşlarını pərt etməyə bilməz.

Bir Milli Qəhrəmanı, 13 şəhidi olan Milli Qvardiyaya qarşı bu cür saymazyana və urvatsız davranışın nədən qaynaqlandığını izah etməkdə çətinlik çəkirik. Amma məsələni ictimai müzakirəyə təqdim edirik. Qoy insanlar ağır və şərəfli yol keçmiş, Birinci Qarabağ savaşında, ölkədə baş verən dövlət çevrilişi cəhdlərində, sonradan dövlətin təhlükəsizliyinin qorunmasında misilsiz xidmətlər göstərmiş bir quruma sərgilənən belə biganə, ögey münasibətin səbəblərini öz arşınlarıyla ölçsünlər...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru