Balakəndə 31 yaşlı kişi özünü yandırdı

26-12-2016, 09:02           
Balakəndə 31 yaşlı kişi özünü yandırdı
Balakəndə 31 yaşlı kişi intihar etmək məqsədi ilə özünü yandırıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, bu gün saat 18 radələrində hələki istintaqa məlum olmayan səbəbdən rayonun Hənifə kənd sakini, 1985-ci il təvəllüdlü Kamil Nəsrullah oğlu Dovşanov yaşadığı ünvanda intihar etmək məqsədi ilə üstünə benzin tökərək özünə od vurub.

Son anda yaxınlarının köməyi ilə xilas olunan K. Dovşanov Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.


MRX-dan sayta verilən məlumata görə, K. Dovşanovun yanıq xəsarətləri ağır olduğu üçün ona xəstəxanada lazımi ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı Balakən Rayon Prokurorluğunda araşdırma aparılır. (APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru