"Tu-154"ün qəzaya uğraması nəticəsində ölənlərin cəsədlərini gətirən ilk təyyarə Moskvaya çatıb

26-12-2016, 12:19           
"Tu-154"ün qəzaya uğraması nəticəsində ölənlərin cəsədlərini gətirən ilk təyyarə Moskvaya çatıb
"Tu-154" təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin cəsədlərini gətirən ilk hava gəmisi Moskvadakı Çkalovski aeroportuna çatıb.

Bu barədə "Report" Rusiya mətbuatına istinadən xəbər verir.

Təyyarənin qəzaya uğradığı bölgədə axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Xatırladaq ki, dünən səhər saatlarında Suriyaya istiqamət alan Rusiya Müdafiə Nazirliyinə məxsus "Tu-154" təyyarəsi Qara dənizin üzərindən uçarkən qəzaya uğrayıb. Nazirliyin məlumatına görə, təyyarənin göyərtəsində 92 nəfər - 8 ekipaj üzvü və 84 sərnişin olub.

Sərnişinlər arasında 8 hərbçi, Aleksandrov adına hərbi ansamblın 64 artisti, Rusiya telekanallarının 9 əməkdaşı, "Ədalətli yardım" xeyriyyə fondunun rəhbəri Yelizaveta Qlinka və iki federal məmur olub.

Qəza ilə bağlı cinayət işi başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru