Elmdə inqilab: Yerimək sizə pul qazandıracaq

14-02-2017, 09:37           
Elmdə inqilab: Yerimək sizə pul qazandıracaq
ABŞ-ın Viskonsin Universitetinin alimləri üzərində yeridikdə enerji istehsal edən döşəmə örtüyü yaradıblar.

Kult.az xəbər verir ki, alimlərin fikrincə, kimyəvi emal edilmiş sellüloz lifləri elektrik enerjisini istehsal etməyə imkan verir. Xüsusi texnologiya vasitəsi ilə hazırlanmış yonqar qalınlığı bir millimetrdən artıq olmamaq şərti ilə funksional elementlər şəklində döşəməyə düzülür.

Tədqiqatçılar ticarət mərkəzləri və stadionlarda yonqar döşəmələrinin quraşdırılması nəticəsində şəhərin əlavə enerji mənbəyi ilə təchiz ediləcəyinə əmindirlər.

Aparılmış tədqiqatlar bu örtüyün adi döşəmələrə nisbətən daha davamlı olacağını göstərir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.