Ukrayna «nüvə gücü» statusunu qaytarmaq istəyir!

8-03-2017, 21:04           
Ukrayna «nüvə gücü» statusunu qaytarmaq istəyir!
AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Ukrayna keçmiş «nüvə gücü» statusunu qaytarmaq fikrindədir.
Amerika senatındakı çıxışı zamanı bu barədə Ukraynanın xarici işlər naziri Pavel Klimkin bəyan edib. O, Amerika konqresmenlərindən kömək və dəstək istəyib.

«Budapeşt memorandumunu imzalamış tərəflərin danışıqlara yenidən başlaması üçün bizə ABŞ-ın dəstəyi lazımdır» – deyə, Klimkin konqresmenlərə müraciət edib.

Məlumat üçün bildirək ki, 1994-cü ildə Ukrayna, Sovet İttifaqının dağılmasından sonra öz ərazisində qalmış nüvə silahından imtina edib və Budapeşt razılaşmasına qoşulub. Budapeşt razılaşması nüvə silahından imtina olunması qarşılığında Rusiya, ABŞ və Böyük Britaniya dövlətləri tərəfindən Ukraynanın təhlükəsizlik təminatını nəzərdə tutur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru