Neftin qiyməti kəskin düşüb

9-03-2017, 09:32           

ABŞ-da xam neft ehtiyatının rekord həcmə çatması və neftin anbarlanması probleminin artması ilə əlaqədar neft qiymətləri bu il üçün ən aşağı həddə enib.

Beləliklə OPEC-in neft qiymətlərinin yüksəldilməsi məqsədilə hasılatın ixtisarı tədbirlərinin gətirdiyi faydaya ciddi ziyan dəyib.

Reuters agentliyi xəbər verir ki, dünyada ən böyük enerji istehlakçısı olan Birləşmiş Ştatlarda xam neft anbarlarının dolması 2017-ci ilin əvvəllərindən artmaqda davam edir və ötən həftə 8, 2 milyon barrelə çatıb. Bu, gözlənildiyindən 4 dəfə çoxdur.

Neft təhlilçiləri bidlirirlər ki, neft qiymətlərinin yenidən üzüaşağı sürüşəcəyi istisdsna edilmir.

ABŞ Qərbi Texas neftinin qiyməti 5, 38 faiz və ya 2. 86 dollar azalaraq bir barrel üçün 50, 28 dollar həddinə enib.

Bu, ötən ilin 15 dekabrından bəri xam neftin ən aşağı qiymətidir.

Brent markalı neft isə 2016-cı ilin 8 dekabrından bəri ən aşağı həddinə enərək bir barrel üçün 53 dollar olub. Bu, ötən dekabrdan bəri neft qiymətlərinin 5 faiz ucuzlaşması deməkdir.

Təhlilçilərin fikrincə, Texas neftinin yaxın müddətdə bir barrel üçün 47-48 dollara enməsi mümkündür.

Qiymətlərin enməsinə həm də ABŞ-ın uçot faizini qaldıracağı barədə gözləntilər səbəb olub. Belə qalxım adətən dolların bahalaşmasına, neftin ucuzlaşmasına səbəb olur.

Neftin qiymətlərini son həftələrdə az-çox sabit saxlayan OPEC, habelə neftin bahalaşmasında son dərəcə maraqlı olan Rusiya və Azərbaycan da daxil bir sıra qeyri-OPEC ölkələrinin yanvarın 1-dən hasilatı ixtisar etməsi idi.

azadliq.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.