Sumqayıt sakini özünü asıb

13-03-2017, 11:15           

Sumqayıtda intihar hadisəsi baş verib.

Sumqayıt şəhər Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə şəhərin Corat qəsəbəsi, 255 c saylı mənzildə baş verib.

Həmin ünvanda yaşayan Babayev Tofiq Zülfəli oğlu özünü yaşadığı evdə asaraq intihar edib. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.