Qızımın cehizi olmadığı üçün hər gün döyüldü, söyüldü, təhqir olundu - Bir ananın çarəsizliyi

14-03-2017, 08:54           

Gəlin köçən qıza cehiz vermək, necə deyərlər, dədə-baba adətidir. Amma elə ailələr var ki, gəlinin cehizindən narazı qalıb, onu təhqir edir, hətta döyürlər. Bəlkə inanmaq çətindir, amma bir ailədə bu məsələ ailənin dağılmasına belə gətirib çıxarıb.

Bunlar çarəsiz ananın mebel mağazalarından birinə ünvanladığı məktubda yazılıb. Ana qızının cehizsizlik ucbatından bədbəxt olmasını istəmir və mebel mağazasından kömək umur. Özünü cehiz verə bilmədiyi üçün üzüqara adlandıran ananın məktubu cəmiyyətdə cehiz məsələsinin problem olaraq qaldığını göstərir. Yəni bəziləri üçün cehizsizlik gəlini gözükölgəli edir, hətta ailənin dağılmasına belə səbəb olur.

Bəziləri isə cehizə görə gəlinə əziyyət verilməsini cahillik adlandırır. Gənclərin fikri isə bir qədər fərqlidir.

Sosioloq Rəşad Əsgərov hesab edir ki, belə problemlər ailələrin özlərini digər ailələrlə müqayisə etmələrindən qaynaqlanır. Həmçinin bəzi ailələr evliliyə sosial statusun artırılması fürsəti kimi baxır. Sosioloq həmçinin ailə kimi böyük dəyərin cehiz kimi xırda məsələlərə qurban verilməsinin qəbuledilməz olduğunu da vurğulayır.
Qaynar.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.