"Oğlum köməyə gedərkən onu döyüblər" - 20 yaşlı qonaq döyülərək xəstəxanalıq olub - FOTO

14-03-2017, 09:34           

Şəmkirdə gənc döyüldüyü üçün xəstəxanalıq oldu

ARB Kəpəz xəbər verir ki, rayonun Tatar kənd sakini 20 yaşlı Eşqin Qədimov qonaq getdiyi Gədəbəy rayonunun Qoşabulaq kəndində mübahisə zəminində döyülərək ağır xəsarət alıb.

Zərərçəkən yaxınlarının köməyi ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Vəziyyətinin orta-ağır olduğubildirilir. Eşqin Qədimovun nə səbəbdən döyüldüyü aparılan araşdırmalardan sonra məlum olacaq.

Fərman Qədimov - Zərərçəkənin atası: "Qonşunun oğlu ilə Gədəbəyin Qoşabulaq kəndinə mağazaya gediblər. Mağazadan çıxan zaman yanındakı yoldaşını orada olan 3 nəfər döyməyə başlayıb. Bu zaman oğlum köməyə gedərkən onu da döyüblər".

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru