Xaçmazlı İŞİD-çi Suriyada öldürüldü

14-03-2017, 21:43           

Bu barədə məlumatı “Şimal xəbərləri” qəzetinə Xaçmaz rayonunun Yalama kənd sakinləri veriblər. Onların bildirdiyinə görə, həmyerliləri Həbib Hacımətov Finyaz oğlu bir neçə il idi ki,Suriyada İŞİD sıralarında vuruşurdu, həyat yoldaşı isə Türkiyədə olub. Məlumata əsasən, hadisə ötən ayın 28-də baş verib. Terrorçu Həbib Hacımətov Raqqa şəhərindəki internet klubların birindən evləri ilə danışırmış. Qəflətən danışıq kəsilib. Sonradan məlum olub ki, internet klub partladılıb.
Qeyd edək ki, ötən il noyabrın 25-də DTX-nın Yalamada keçirdiyi uğurlu əməliyyat zamanı terrorçu Ramiq Rəhimov məhv edilmişdi.

“Şimal xəbərləri”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru