Turan Əhmədov: “Zirvəyə 100 metr qalmış öldü”

16-03-2017, 09:36           
Turan Əhmədov: “Zirvəyə 100 metr qalmış öldü”
Gəncədə yaşayan 24 yaşlı Turan Əhmədov Afrika qitəsinin ən hündür dağı olan Klimancaroya qalxıb.

Kult.az xəbər verir ki, bu barədə ARB 24 kanalına məlumat verən Turan hər il Klimancaro dağının zivəsində 10 nəfərə yaxın insanın həlak olduğunu deyib. O, səfər zamanı başına xoşagəlməz olay gəldiyini bildirib:

“Səfər zamanı xoşagəlməz hal yaşandı. Bizimlə qalxan paralel qrupdakı norveçli turist zirvəyə 100 metr qalmış həyatını itirdi. Klimancaro dağına qalxmaq üçün qrup formalaşdırmaq lazımdır. Qrupa hər adambaşı 4 nəfər porter, 2 nəfər aşpaz, 1 nəfər bələdçi gərəkdir. Mən bu qrupu Klimancaroya ən yaxın şəhər sayılan Aruşada hazırladım.

Klimancaro dağı demək olar ki, Yer kürəsinin ekvator xəttinin üstündə yerləşir. Bu səbəbdən də onun ətəklərindən yuxarıya doğru hərəkət edərkən planetimizin 7 iqlim qurşağından keçmiş olursan. Bu nadir hal insandan dözümlülük və çevik akklimatizasiya bacarığı tələb edir”.
[media=https://www.youtube.com/watch?v=ClntCMEnPbQ]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.