Kənan Hacının həyat yoldaşı danışdı: “Qapını içəridən bağlayıb”

16-03-2017, 13:37           

Xəbər verdiyimiz kimi, tanınmış yazar Kənan Hacının sosial şəbəkədə yazdığı inthar statusu gündəm yaradıb. Bir çoxları onunla əlaqə saxlamaq istəsələr də, buna nail ola bilməyiblər. Səbəb isə Kənan Hacının telefonunun sönülü olmasıdır.
Məsələni aydınlaşdırmaq üçün yazarın həyat yoldaşı İlhamə Dağlı ilə əlaqə saxladıq. İlhamə xanım Metbuat.az-a bunları dedi:

“Onu sonuncu dəfə səhər saatlarında görmüşəm. Hər şey normal idi. Mən də evdən çıxıb işə gəldim. Ancaq indi zəng edirəm, heç kim telefonu götürmür. Özüm də nigaranam. Evə adam yolladım, dedilər qapı bağlıdır. Bilmirəm, yəqin içəridən qapını bağlayıb. Mən özüm şokdayam”. (metbuat.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru