Qondarma “DQR”in “müdafiə naziri” təmas xəttində yaralanıb- BU BARƏDƏ BİR SIRA ERMƏNİ KİV-LƏRİ MƏLUMAT YAYIB

17-03-2017, 01:21           
Qondarma “DQR”in “müdafiə naziri” təmas xəttində yaralanıb- BU BARƏDƏ BİR SIRA ERMƏNİ KİV-LƏRİ MƏLUMAT YAYIB
Qondarma “DQR”in “müdafiə naziri”, general-leytenant Levon Mnatsakanyan təmas xəttində yaralanıb və hospitala yerləşdirilib.
teref.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə bir sıra erməni KİV-ləri məlumat yayıblar. Lakin “DQR müdafiə nazirliyi”nin nümayəndəsi Senor Həsrətyan “Novosti Armeniya” agentliyinə açıqlamasında bu informasiyanı təkzib edib, “dezinformasiya” adlandırıb.
Erməni qaynaqları xəbər verir ki, Mnatsakanyan martın 15-də təmas xəttinin Xocavənd istiqamətində olub, “Azərbaycan ordusunun kəşfiyyat-diversiya qrupunun həmləsinin qarşısını alan” hərbçiləri mükafatlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru