“Sevinc Fədaiyə baş çəkdik, ağır sarsıntı keçirib, özünə gələ bilmir…”- QƏNİRƏ PAŞAYEVA

17-03-2017, 09:06           
“Sevinc Fədaiyə baş çəkdik, ağır sarsıntı keçirib, özünə gələ bilmir…”- QƏNİRƏ PAŞAYEVA
“Bu gün Sevinc Fədaiyə baş çəkdik.Başsağlığı verdik. Ağır sarsıntı keçirib,özünə heç cür gələ bilmir.İndi övladı Ucala həm ana, həm də ata olmalıdır. Bunu bir az öncə səhifəmə daxil olan zaman gördüyüm,səhifəmdə olan bəzi dostların paylaşdığı bəzi statuslara görə yazıram. İttiham etmək asandır, anlamaq çətin. Amma bu gün hamımızın, bütün cəmiyyətimizin anlama mədəniyyətinin atrmasına ehtiyacımız var və bu bizdən,hamımızdan asılıdır”.

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva dilə gətirib.

“İnşallah, Ucal xoşbəxt böyüyəcək. Allah anasına hər zaman onun yanında güclü ola bilməyi nəsib etsin. Allah Mövlud bəyə də rəhmət etsin. Hər zaman söylədiyim fikirləri bir daha vurğulayaraq, gənclərimizə demək istəyirəm ki, insanın həyatında hər zaman ağır günlər də olur, rahat günlər də, xoşbəxt hiss etdiyi zamanlar da olur, bədbəxt hiss etdiyi zamanlar da, özünü çarəsiz hiss etdyi anlar da… Bu əksəriyyətimizin həyatında olub və bundan sonra da olacaq”-deyən millət vəkilinin sözlərinə görə, amma intihar çıxış yolu deyil.

“Yaradanın sizə verdiyi ömürü, arxanızca üzüntü ilə qoyub getdiyiniz əzizlərinizi və onların hər zaman sizə olan ehtyacını düşünün. Bölüşün, paylaşın dərdinizi onları mütləq dinləyəcək bir kimsəi tapmaq olar və hər qaranlıq günün bir sabahı var unutmayın. Çox ağır bir gün oldu və inşallah, bu kimi xəbərlərin sayı getdikcə azalar. Hamımız bunun üçün daha çox çalışmalıyıq”-deyə, o, sözlərinə əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.