"Twitter" terrorla əlaqəli 380 min istifadəçini blok edib

22-03-2017, 09:17           
"Twitter" terrorla əlaqəli 380 min istifadəçini blok edib
"Twitter" sosial şəbəkəsi 2016-cı ilin II yarısı ərzində terrorçuluğun təbliği ilə məşğul olan 377 minə yaxın istifadəçini blok edib.
"Report" xəbər verir ki, bu barədə sosial şəbəkənin hesabatında bildirilir.
"2016-cı ilin 1 iyul - 31 dekabr tarixləri ərzində terrorçuluğun təbliğatı ilə əlaqəli pozuntulara görə 376 min 890 əkkauntun işi dayandırılıb", — deyə hesabatda qeyd olunur.
Bununla belə, belə əkkauntların 74 faizi "Twitter"in spamlarla mübarizə üzrə şəxsi alətləri vasitəsi ilə aşkar olunub.
Hesabatda, həmçinin bildirilir ki, 2015-ci ilin 1 avqustundan 2016-cı ilin 31 dekabrına qədər cəmi 636 min 248 əkkauntun fəaliyyəti əngəllənib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru