Bakı sakini qəribə vəziyyətlə üzləşib — VİDEO

23-03-2017, 10:44           

Paytaxt sakini qəribə vəziyyətlə üzləşib. Ona qayda pozuntusuna görə protokol tərtib edilsə də,ünvanına məktub gəlməyib. Bir müddət keçəndən sonra xəbərsiz olduğu halda avtomobili cərimə meydançasına aparıblar.

Daha bir maraqlı məqam ondan ibarətdir ki, yol polisinin informasiya bazasında sürücünün qayda pozuntusu haqqında məlumatları fərqlidir.

"Qaynar" xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov "Xəzər Xəbər"ə bildirib ki,ilk növbədə araşdırılmalıdır ki,sürücünün ünvanına göndərilən məktub hansı səbəbdən ona çatmayıb. Ünvanda kimsə olmayıb,yoxsa poçtalyon səhlənkarlıq edib.Yalnız bundan sonra dəqiq nəyisə söyləmək olar.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.