Belçikada terror aktına cəhdin qarşısı alındı

23-03-2017, 21:08           
Belçikada terror aktına cəhdin qarşısı alındı
Belçikanın Antverpen şəhər polisi avtomobili yüksək sürətlə idarə edərək küçədəki izdihamı vurmaq istəyən sürücünü həbs edib.

"Report"un məlumatına görə, hadisə zamanı heç kim xəsarət almayıb. Avtomobil hərbi patrul tərəfindən saxlanılıb. Antverpen meri Bart de Vever mümkün terror aktının qarşısının alındığını deyib.

Məlumata görə, avtomobildə silah aşkarlanıb və maşını minaxataranlar yoxlayır. "Associated Presse"in məlumatında isə bildirilir ki, o, Fransa qeydiyyatındadır.

Qeyd edək ki, insident Belçikada 32 nəfərin ölümü ilə nəticələnmiş terror aktının ildönümününü anım hadisəsindən 1 gün sonra baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru