Rusiyadan Türkiyə açıqlaması: “Nə olsun NATO ölkəsidir…” – SON DƏQİQƏ

24-03-2017, 09:55           

Rusiya prezidenti Vladimir Putinin hərbi əməkdaşlıq üzrə müşaviri Vladimir Kojin Türkiyənin NATO üzvü olmasının S-400 hava hücumundan müdafiə sisteminə sahib olmasına heç bir əngəl təşkil etmədiyini bildirib.

Turkustan.info Türkiyə mediasına istinadla xəbər verir ki, Putinin müşaviri Türkiyənin S-400 sisteminə böyük maraq göstərdiyi söyləyib: “Nə olsun ki, Türkiyə NATO ölkəsidir. Amma biz Türkiyənin bu sistemə sahib olmasından qorxmuruq. Biz bir silahı təslim etmədən əvvəl onu qarşı tərəfin ondan necə istifadə edəcəyi haqqında da məsləhətləşmə aparırıq.

Qeyd edək ki, rəsmi Moskva bir neçə dəfə Türkiyənin S-400 hava müdafiə sistemini almaq istədiyi haqda açıqlamalarla çıxış edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru