Razi Vəliyev avtomobil qəzası nəticəsində dünyasını dəyişib

26-03-2017, 13:18           

Yasamal rayonu ərazisində - "20 Yanvar" dairəsində "Cherry" markalı avtomobil yolu keçməyə çalışan piyadanı vurub.

Qeyd edək ki, avtomobilin vurduğu şəxs "Akademi Group" şirkətinin rəhbəri Razi Vəliyev olub. Belə ki, yolu keçərkən sürətlə hərəkət edən minik avtomobili onu vuraraq kənara atıb. O, hadisə yerindəcə keçinib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xatırladaq ki, Razi Vəliyev təhsil sahəsində tanınmış şəxslərdən biri olub. O, Azərbaycanda təhsil sərgilərinin təşkilatçısı kimi tanınıb.

Mərhum 34 yaşında dünyasını dəyişib. Ailəli idi, 2 övladı var.

Allah rəhmət eləsin!
Ölkə.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.