Avstraliya sahillərinə dağıdıcı qasırğa yaxınlaşır

27-03-2017, 07:51           

Avstraliyanın Kvinslend ştatına yaxınlaşan dağıdıcı “Debbi” qasırğası ilə əlaqədar minlərlə insan təxliyə olunur.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, sinoptiklərin proqnozlarına əsasən küləyin sürətinin saatda 300 kilometrə çatacağı gözlənilir.

Hazırda sahil boyunda yerləşən Er və Houm Hill şəhərlərinin əhalisi avtobuslarla ərazidən çıxarılır.

Kvinslend ştatında məktəb və uşaq bağçaları müvəqqəti bağlanıb. Təxliyə ediləcək sakinlər üçün müvəqqəti sığınacaqlar yaradılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru